Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "AzerGold" QSC və "Azerbaijan İnternational Mining Company" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, “Azerbaijan İnternational Mining Company” şirkətinin vitse-prezidenti İlham Xəlilov və b. iştirak ediblər.
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Agentliyin işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Vakansiya bankından aktiv istifadə, azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmləri və güzəştlərin tətbiqi barədə məlumatlar da diqqətə çatdırılıb.
Həmin ərazilərdə məşğulluğun təminatı üçün işəgötürənlərlə fəal əməkdaşlığın xüsusi önəm daşıdığı vurğulanıb, bu istiqamətdə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.