Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduLayihə çərçivəsində 300-dək gəncə biznes ideyalarını reallaşdırmaq üçün dəstək göstəriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində ilk layihəyə - “Biznesini Yarat Marafonu”na start verilir.
Layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə özünüməşğulluq proqramı vasitəsilə də dəstək olmaqdır.
Marafona qoşulmaq üçün 18-29 yaş kateqoriyasından olan gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və ya “GencAPP” mobil tətbiqində yerləşdirməlidir. Bu ideyalar “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndirilərək biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb ediləcək.
Təlimi uğurla başa vuran 300-dək gəncə ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.
Video müraciətlərin qəbulu prosesi 3 fevral tarixindən başlamaqla, 10 aprel 2021-ci il tarixədək davam edəcək.