Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət ekspert qrupu Azərbaycanda səfərdədir.
Dövlət Məşğulluq Agentliyi və SOCIEUX+ arasında ötən ildən etibarən əməkdaşlıq etmək məqsədilə aparılan müntəzəm danışıqlar nəticəsində peşə təhsili müəssisələrinin xəritələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə texniki yardım əldə edilməsinə dair razılığa gəlinib. Razılaşmaya əsasən üç mərhələdən ibarət olmaqla cari ilin iyun, sentyabr və noyabr aylarında İsveç Krallığının Məşğulluq Xidməti ekspertlərinin Agentliyə səfəri razılaşdırılıb.
Ölkəmizdə səfərdə olan SOCIEUX+ nümayəndə heyəti ilə Dövlət Məşğulluq Agentliyində görüş olub. Agentliyin peşə hazırlığı departamentinin əməkdaşları ilə keçirilən görüşdə qonaqlara qurumun iş prinsipi, fəaliyyət istiqamətləri, peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.
Qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
SOCIEUX+ Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış və birgə maliyyələşdirilən texniki əməkdaşlıq mexanizmidir. SOCIEUX+ Avropa İttifaqına üzv dövlətlər və 155-dən çox tərəfdaş ölkə arasında bərabərhüquqlu mübadilə və əməkdaşlığı təmin edir.