Bakıda və Yevlaxda keçirilən əmək yarmarkalarında 200-ə yaxın vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda və Yevlaxda əmək yarmarkaları təşkil edilib. 

 

Bakı və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən təşkil edilən tədbirlərdə 25 işəgötürən tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Qeyd edək ki, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz