Bakıda keçirilmiş əmək yarmarkasında 300-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib.

 

Aktiv məşğulluq tədbirində 38 işəgötürən tərəfindən 300-dən çox vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə vakansiyaların tələbləri, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.  

 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzin fəaliyyəti, həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.

 

Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə karyera məsləhəti xidməti də göstərilib.