Bakı, Gəncə və Füzulidə keçirilən əmək yarmarkalarında 460 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün Bakı, Gəncə və Füzulidə növbəti əmək yarmarkaları təşkil edib.

 

Bakı, Gəncə-Daşkəsən və Qarabağ Regional Məşğulluq filialları tərəfindən təşkil edilən tədbirlərdə 59 işəgötürən tərəfindən 460 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri haqqında ətraflı məlumat verilib və işəgötürənlər tərəfindən uyğun namizədlərin məlumatları qeydiyyata alınıb.

 

Əlavə olaraq, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumatlar təqdim edilib.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz