Bakı Avrasiya Universitetində “Kadr indeksi” alətinin təqdimatına dair görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Kadr indeksi” layihəsi bu dəfə Bakı Avrasiya Universitetində təqdim olunub.
 

Təqdimat görüşündə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov, Bakı Avrasiya Universitetinin prorektoru Sevda Rzayeva və hər iki tərəfdən aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.
 

Bildirilib ki, “Kadr indeksi” aləti tələbələrin əmək bazarına hazırlıq səviyyələrinin, eləcə də səriştələrarası balansın qorunması məqsədilə səriştələrin ölçülməsini təmin edən kompleks inkişaf layihəsidir. Hazırda pilot qruplar üzərində icra olunan layihə çərçivəsində Bakı Avrasiya Universitetində bir qrup tələbənin qeyri-akademik bacarıqları üzrə səriştələri yoxlanacaq və onlar üçün yumşaq bacarıqlarla bağlı müvafiq təlimlər keçiriləcək.
 

Qeyd edək ki, “Kadr indeksi” pilot layihəsi ilə bağlı daha əvvəl Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mingəçevir Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Biznes Universitetində müvafiq görüşlər keçirilib.        
 

Gələcəkdə layihənin genişləndirilərək ölkə üzrə bütün universitet və tələbələri əhatə etməsi və tələbələrə akademik sənədlərlə yanaşı, onların yumşaq bacarıqlarını əks etdirən müvafiq sənədlərin verilməsi nəzərdə tutulur.