Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində İxtisas Seçimi Forumu keçirilib.
120-ə yaxın şagird, valideyn və müəllimlərin iştirak etdiyi tədbirdə “Gələcəyin əmək bazarının ixtisas seçiminə təsiri” və “Abituriyentlərin psixoloji stabilliyi və şəxsi həyat balansı” mövzularında ekspertlərin iştirakı ilə panel müzakirələr keçirilib. Daha sonra iştirakçılara Tələbə Təhsil Kredit Fondunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Tədbirin sonunda Forumun tərəfdaşları olan Aloha World Xaricdə Təhsil şirkəti, DİV Academy, İxtisas.az, Tutor Lab, İxtisas.az və DİV Academy tərəfindən iştirakçılara endirim kuponları və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, İxtisas Seçimi Forumunun məqsədi hədəf qruplarını ixtisas seçimi mövzusunda məlumatlandırmaq, yaranan sualları cavablandırmaqdır.