Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.
Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev işğaldan azad olunmuş bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər barədə məlumat verib. Bu sahədə işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Görüşdə qeyd edilən istiqamətdə görüləcək birgə işlər müzakirə edilib, işəgötürənlərə ixtisaslı mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi üçün onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar barədə geniş məlumat verilib.