“Alo Karyera” dəstək xidməti istifadəyə verilib

Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib.

 

İşsiz və işaxtaran şəxslərə “Alo Karyera” vasitəsilə operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.

 

Xidmətdən yararlanmaq üçün vətəndaşlar bu gündən etibarən Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Layihələr” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılacaq, görüş üçün vaxt təyin ediləcək və onlayn formada dəstək göstəriləcək.

 

“Alo Karyera” dəstək xidmətinə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, CV-lərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

 

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır.

 

https://www.dma.gov.az/layiheler/alo-karyera

 

alt text