Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və müavinləri Ramal Quluzadə, Elşən Mahmudov, Ülvi Abasquliyev və Eşqin Bayramov Vətən müharibəsi şəhidləri Elçin İsmayılov, Elsevər Əhədzadə, Nəcəf Şikarov, Tahir Qasımzadə və Coşqun Orucovun ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimizin xatirələri yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub. Qeyd edək ki, şəhid Elçin İsmayılovun həyat yoldaşı Sevinc İsmayılova özünüməşğulluq proqramı çərçivəsində qadın gözəllik salonu, şəhid Elsevər Əhədzadənin atası Ağacan Əhədov avtotəmizləmə xidmətləri, şəhid Nəcəf Şikarovun həyat yoldaşı Xurşud Şikarova kiçik dərzi sexi, şəhid Tahir Qasımzadənin atası Sərdar Qasımov avtoelektrik xidmətləri, şəhid Coşqun Orucovun anası Fərqanə Bağırova isə qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunublar.
Şəhid ailələrinin məşğulluq məsələləri bundan sonra da Agentliyin diqqət mərkəzində olacaq.