Agentliyin rəhbər şəxsləri şəhid Cahid Qəniyev və Elvin Abasovun ailələrini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Hasil Abbasov  Nihad Muxtarlı Vətən müharibəsi şəhidləri Cahid Qəniyev və Elvin Abasovun ailələrini ziyarət ediblər.

 

Sədr müavinləri ailələrin sosial vəziyyəti ilə maraqlanıb.

 

Bildirilib ki, hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.

 

Şəhid Cahid Qəniyevin həyat yoldaşı Ayşən Qəniyeva “Qadın gözəllik salonu” zərfi üzrə, şəhid Elvin Abasovun anası Bahar Abasova isə “Kiçik dərzi sexi” zərfi üzrə özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin ediliblər.

 

Hər iki ailənin sosial durumu bundan sonra da diqqətdə saxlanılacaq. 

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz