Agentliyin nümayəndəsi WAPES-in İdarə Heyətinin iclasında iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov Sloveniya Respublikasının Lyublyana şəhərində Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin yeni tərkibdə keçirilən ilk toplantısında iştirak edib.

 

Toplantıda WAPES-in 2025-ci ilin oktyabr ayına kimi yerinə yetirilmiş fəaliyyətlərinin hesabatı dinlənib, maliyyə hesabatı təqdim edilib və 2026-cı il üzrə iş planı müzakirə olunub. Daha sonra təşkilatın 2026–2035-ci illər üzrə Uzunmüddətli Strateji Planı müzakirəyə çıxarılıb və bu sənədlə bağlı üzvlər arasında aparılmış sorğunun nəticələri nəzərdən keçirilib. Toplantı çərçivəsində təşkilatın daxili və maliyyə qaydalarına təklif olunan yeniliklər təqdim edilib, tərəfdaşların rəy və təklifləri nəzərə alınıb.

 

Qeyd edək ki, WAPES-in cari ilin may ayında Kot-d’İvuar Respublikasının Abican şəhərində keçirilmiş Dünya Konqresində Dövlət Məşğulluq Agentliyi 2025–2028-ci illər üzrə təşkilatın Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.