Agentliyin İdarə Heyətinin sədri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

6 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin Mingəçevir şəhərində vətəndaş qəbulu keçiriləcəkdir.

 

Qəbulda Mingəçevir şəhər sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaqdır.

 

Qəbula yazılmaq üçün Mingəçevir şəhər sakinləri 2 dekabr 2024-cü il saat 14:00-dək (+994 20) 255-32-36; (+99412) 596-43-05 telefon nömrələrinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcəkdir.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəkdirlər.

 

Qəbul 6 dekabr 2024-cü il saat 11:00-dan  etibarən Mingəçevir şəhərində, Mingəçevir Gənclər Evinin N.Nərimanov küçəsi 22A ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.