Agentliyin daha üç layihəsi Avropa Sosial Şəbəkəsinin “Təcrübələr Kitabxanası”na daxil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin daha üç layihəsi Avropa Sosial Şəbəkəsinin (ESN) “Təcrübələr Kitabxanası”na uğurlu təcrübə nümunələri kimi daxil edilib.

Kitabxanaya yeni daxil edilən layihələr Agentliyin “Karyera Körpüsü”, “Kəndimə gəl” və “İnklüziv inkişaf platforması” layihələridir. 

Bu layihələrin kitabxanaya daxil edilməsi Agentlik tərəfindən həyata keçirilən təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də başqa ölkələrin müvafiq qurumları tərəfindən öyrənilməsinə və tətbiqinə imkan yaradır.

2025-ci ildə də Agentliyin “Peşələr Festivalı”, “Səyyar Kofe Evləri” və “Kaşalata” Kafe və İnklüziv Yaradıcılıq Mərkəzi layihələri ESN-in “Təcrübələr Kitabxanası”na uğurlu təcrübə nümunələri kimi daxil edilmişdi. 

Qeyd edək ki, Avropa Sosial Şəbəkəsi Avropa regionunda sosial xidmətlər və məşğulluq sahəsində fəaliyyət göstərən qurumları birləşdirən beynəlxalq təşkilatdır. Dövlət Məşğulluq Agentliyi 2023-cü ildən etibarən bu təşkilatın üzvüdür.

https://www.esn-eu.org/practices/azerbaijans-career-bridge
https://www.esn-eu.org/practices/career-guidance-rural-schools
https://www.esn-eu.org/practices/inclusive-development-platform-people-disabilities