Agentlik sədrinin Goranboy rayonunda vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Goranboy rayonunda vətəndaş qəbulu keçirilib. 

 

Qəbulda Goranboy rayonu və Naftalan şəhər sakinləri iştirak ediblər.

 

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünüməşğulluq  proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciət ediblər.  

 

Hər bir müraciət fərdi qaydada araşdırılıb, müraciətlərdə qeyd edilən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib. Vətəndaşlara məşğulluq tədbirlərinin icrası qaydaları barədə məlumat verilib.