Agentlik sədri Şəkidə vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin növbəti vətəndaş qəbulu keçirilib.

 

Şəki şəhərində baş tutan qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub.

 

Mustafa Abbasbəyli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, suallarını cavablandırıb və müraciətlərin həlli istiqamətində işlərə başlanılıb.