Agentlik sədri Sadiq Əliyev şəhid Sahib Məmmədovun ailəsini ziyarət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Sahib Məmmədovun ailəsini ziyarət edib.
 

Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.
 

Sahib Məmmədov Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb və Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.
 

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhidin həyat yoldaşı Gülnar Məmmədova “Əl işləri” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək əmlaklarla təmin olunub.
 

Şəhidimizin ailəsi sosial təminatla əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib, mənzillə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə üzvlərinə Prezidentin aylıq təqaüdü və ailə başçısını itirməyə görə pensiya ödənilir.
 

Gülnar Məmmədova göstərilən dövlət qayğısına və diqqətə görə təşəkkürünü bildirib.