Agentlik sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

13 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Mingəçevir şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Qəbulda Mingəçevir şəhər sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq.

 

Qəbula yazılmaq üçün Mingəçevir şəhər sakinləri 9 fevral 2026-cı il saat 14:00-dək (020-255-32-36) telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

 

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcəkdir.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcək.

 

Qəbul 13 fevral 2026-cı il saat 11:00-dan etibarən Mingəçevir şəhər “Gənclər Evi” binasında (ünvan: Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 22A) keçiriləcəkdir.