Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin Ağdamda vətəndaş qəbulu olub.
Qəbulda Xankəndi şəhəri, Ağdam, Bərdə, Tərtər, Xocalı, Xocavənd, Ağcabədi, Şuşa və Füzuli rayonlarından ümumilikdə 15 vətəndaş iştirak edib.
Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu 17 iyun 2022-ci il tarixdə Naftalanda baş tutacaq. Qəbulda Naftalan şəhəri və Goranboy rayon sakinləri iştirak edə bilərlər.