Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi sosial xidmətlər sahəsində mötəbər beynəlxalq təşkilatlardan olan, ümumilikdə 160-dan çox üzvü özündə birləşdirən Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub.
Son illər aparılan sosial islahatların tərkib hissəsi kimi, Agentliyin fəaliyyət sahələrində innovativ həllərin geniş tətbiqi, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, çevik və şəffaf təşkili təmin olunub. Bu xidmətlərə əlçatanlığın və aktiv məşğulluq tədbirlərinin effektivliyinin, əhatə dairəsinin, əmək bazarında rolunun artırılması istiqamətində önəmli addımlar atılıb. Qeyd olunan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanır.
Avropa Sosial Şəbəkəsinə üzvlük Agentliyə bu Təşkilatın tədbirlərində, həmin Şəbəkə üzərindən Avropanın və dünyanın məşğulluq sahəsində qabaqcıl təcrübələrinin mübadiləsi prosesində iştirak, yeni tərəfdaşlarla əməkdaşlıq imkanları qazandırır.
Həmçinin məşğulluq sahəsində dünyanın mütərəqqi təcrübələrinin ölkəmizdə tətbiqinə şərait yaradacaq, bu təcrübələrin tətbiqi Avropanın peşəkar ekspertləri tərəfindən analiz ediləcək, yeni proseslər üçün təklif və tövsiyələr veriləcək.
Bununla da Agentliyin üzv olduğu beynəlxalq təşkilatların sayı üçə çatıb. Agentlik bundan əvvəl Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən texniki və peşə təhsili və təlimi üçün təsis edilmiş UNESCO-UNEVOC təşkilatına da üzv olub.