Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Ağdaş rayonunda işəgötürənlərlə görüşüb.
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, qarşıya qoyulan əsas hədəflər və aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Görüş zamanı birgə maliyyələşmə proqramı, sosial iş yerləri, məqsədli proqramlar, kvotadan əlavə iş yerləri, vakansiya bankına vakansiyaların yerləşdirilməsi prosesi və işəgötürənlərlə digər əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib, iştirakçıların fikirləri dinlənib.
Görüşün sonunda yeni iş yerlərinin yaradılması ilə bağlı təkliflər səsləndirilib, işəgötürənlərin sualları cavablandırılıb.