Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “BAFCO INVEST” MMC-nin birgə təşkilatçılığı ilə Ağdamda əmək yarmarkası olub.
Aktiv məşğulluq tədbiri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçirilib. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, habelə onlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat verilib.