Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 40-a yaxın işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 900-ə yaxın vakant iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər yer alıb. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri, layihə və proqramları barədə məlumat verilib. Mərkəzi Karyera filialının nümayəndələri tərəfindən müraciət edən şəxslərə yerində peşəyönümü məsləhət xidməti göstərilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Bakı Peşə Hazırlığı Mərkəzində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
Bundan başqa əmək yarmarkasında ziyarətçilər İrəliləyiş layihəsinin stendi ilə də tanış olmaq imkanı əldə ediblər. Burada layihənin əhəmiyyəti, yeni məzun olmuş və heç bir iş təcrübəsi olmayan gənclərin əmək bazarına qoşulmaları üçün həyata keçirilən təcrübə proqramı barədə məlumatlar verilib.