Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 42,4 minədək işsiz və işaxtaran şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Onlardan 38217-nin münasib işlərlə təminatı həyata keçirilib. İşsiz və işaxtaran şəxslərin kiçik bizneslərə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına isə 4158 nəfər cəlb olunub.
Sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilərək, 2021-ci üzrə peşə hazırlığının təşkili işlərinə də başlanıb. 18 nəfər işsiz və işaxtaran şəxs dərzi peşəsi üzrə hazırlıq kursuna cəlb olunub.