“Məşğulluq marafonu”na 600-dən çox işəgötürən 4 000-dək vakansiya təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 602 işəgötürən (52,5%-i dövlət, 47,5%-i özəl) qoşularaq 3932 vakansiya təqdim edib. 

 

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış şəxslərin məşğulluğuna dəstək verməkdir.

 

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan 1433 nəfər (248 şəhid ailəsi üzvü və 1185 iştirakçı) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. 

 

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.