1000-dən artıq gənc ixtisas və peşəkar inkişaf təlimlərinə qatılıb

"Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı" layihəsi çərçivəsində 500-ə yaxın gəncə qısa müddətli ixtisas təlimləri keçirilib. Təlimlər fotoqrafiya, sosial media marketinq, Microfost Excel, təməl qrafik dizayn və Photoshop istiqamətlərini əhatə edib.

 

"PROGRO Talks" layihəsi çərçivəsində isə ayrı-ayrı sahələrdə uğur qazanan mütəxəssislərlə gənclərin online görüşü təşkil edilib və həmin görüşlərdə 250 gənc iştirak edib.

 

Bu barədə “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihə şurasının iclasında qeyd edilib. Bildirilib ki, layihə çərçivəsində gənclər üçün peşəkar inkişaf təlimləri də təşkil edilib. Bu təlimlərdə ümumilikdə 543 gənc iştirak edib. Əsas məqsəd gəncləri karyera ilə bağlı bir sıra mövzularda maarifləndirmək və onları gələcək iş həyatına hazırlamaqdır.

 

Görüşdə növbəti dövr üçün layihə çərçivəsində görüləcək işlər də müzakirə edilib.

 

Qeyd edək ki, “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə icra olunur. Layihə çərçivəsində “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (PROGRO) hazırlanıb. Platformanın məqsədi peşəkar inkişafla bağlı maarifləndirmə, sosial əlaqələrin yaradılması və məşğulluğun artırılmasıdır.

 

alt text