Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əməkdaşlıq çərçivəsində sürücülük sahəsində işləmək istəyən vətəndaşlar üçün vakansiyalar təqdim edir.
İşsiz və işaxtaran şəxslər beynəlxalq yükdaşıma və ölkədaxili sərnişindaşıma peşələri üzrə fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
Vakansiyalar üzrə namizədlərin seçim prosesi bir neçə mərhələdən ibarət olacaq. Namizədlər ilkin olaraq onlayn qeydiyyatdan keçəcək, daha sonra müvafiq təlimlərə cəlb olunacaq və yekunda imtahan mərhələsində iştirak edəcəklər. Bütün mərhələləri uğurla başa vuran şəxslərin işlə təmin olunmalarına dəstək göstəriləcək.
Ölkədaxili sərnişindaşıma fəaliyyəti üçün “D” və ya “DE”, beynəlxalq yükdaşımalar üçün isə “CE” kateqoriyalı sürücülük vəsiqəsinə malik peşəkar sürücülərin müraciət etmələri tələb olunur.
Müraciət etmək istəyən vətəndaşlar təqdim olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmək üçün link: https://survey.sosial.gov.az/index.php/273529?lang=az