Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərməkdir.
Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır.
2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində ümumilikdə 22 000 şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur.
“Məşğulluğa Dəstək Layihəsi” aşağıdakı komponentlər üzrə fəaliyyət istiqamətlərini əhatə edir:
Komponent 1: Özünüməşğulluq Proqramının (ÖMP) əhatəsinin və effektivliyinin artırılması
Alt komponent 1.1: Proqramın miqyasının və dəstək dairəsinin genişləndirilməsi;
Alt komponent 1.2: ÖMP benefisiarları üçün əlavə təlimlərin və biznesə dəstək xidmətlərinintəqdim edilməsi;
Alt komponent 1.3: ÖMP-nin idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirilməsi;
Komponent 2: Məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi
Alt komponent 2.1: Əmək bazarının qiymətləndirilməsi və PTM strategiyasının hazırlanması;
Alt komponent 2.2: İş axtaranlar üçün məlumatlandırma, profilləşdirmə, bacarıqların qiymətləndirilməsi və işlərin idarə edilməsi;
Komponent 3: Layihə idarəetməsi, monitorinq və qiymətləndirmə
Alt komponent 3.1: Layihənin idarə olunması;
Alt komponent 3.2: Monitorinq və Qiymətləndirmə;