Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən texniki və peşə təhsili və təlimi (Technical and vocational education and training-TVET) üçün təsis edilmiş “UNESCO-UNEVOC Beynəlxalq Texniki və Peşə Təhsili və Təlim Mərkəzi”nin tamhüquqlu üzvüdür.
“UNESCO-UNEVOC” üzv dövlətlərə öz TVET sistemlərini gücləndirməyə və təkmilləşdirməyə dəstək verir. TVET iş dünyası üçün bilik və bacarıqların əldə edilməsinə yönələrək inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyir, eləcə də gənclərə və böyüklərə məşğulluq, layiqli iş və sahibkarlıq üçün lazım olan bacarıqları inkişaf etdirmək üçün münbit şərait yaradır.
DMA 2027-ci ilin sonunadək UNESCO-UNEVOC təşkilatının tamhüquqlu üzvü seçilib. Üzvlük DMA-ya peşə hazırlığı istiqamətində fəaliyyət göstərən dövlət və özəl qurumlar ilə əməkdaşlığa və beynəlxalq təcrübənin öyrənilməsinə dəstək verməkdədir.
“UNESCO-UNEVOC” xüsusilə gənclər, qadınlar və həssas əhali üçün uyğun iş imkanları, dayanıqlı yaşam şərtləri, şəxsi səlahiyyətlərin artırılması və sosial-iqtisadi inkişaf üçün artan imkanları təşviq edir. İnnovativ layihələri, potensialın gücləndirilməsi proqramları və dünya üzrə 250-dən çox UNEVOC Mərkəzi ilə əməkdaşlıq fəaliyyətləri vasitəsilə hamı üçün keyfiyyətli bacarıqların hazırlanması və inkişafına müvəffəq olmaq istiqamətində fəaliyyət göstərir.