Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAgentlik tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat anket formasını təqdim etdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə üç aylıq kurslara başlanacaq.
İşəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.
Təkcə son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar.
Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.