Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.
16 dekabr 2025-ci il tarixində, saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və s. işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.