Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə birgə növbəti əmək yarmarkası Zaqatala rayonunda təşkil edilib.
Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən keçirilmiş yarmarkada 19 müəssisə tərəfindən 135 vakansiya təqdim olunub.
Yarmarkada iştirak etmiş şəxslərə vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları izah edilib, vətəndaşlarla ilkin sorğular aparılıb.