Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu24-26 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group-un birgə təşkilatçılığı, “Kapital Bank” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəsmi tərəfdaşlığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.
“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunacaq.
Hər il olduğu kimi budəfəki sərgidə də Dövlət Məşğulluq Agentliyi ayrıca stend ilə təmsil olunacaq. 3 gün boyunca sərgidə işəgötürənlərin peşəkar kadrlara olan ehtiyaclarını ödəmək, işsiz və işaxtaranların məşğulluğuna dəstək məqsədilə əmək yarmarkaları təşkil olunacaq, müraciət edən şəxslərə Agentliyin karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidməti göstəriləcək, eyni zamanda işəgötürənlərə onların fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş xidmətlər barədə məlumat veriləcək.
Qeyd edək ki, sərgidə ziyarətçi iştirakı ödənişsizdir. Sərgi günlərində “Koroğlu” metro stansiyasından (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut fəaliyyət göstərəcək.
Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3wCsw3B