Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə təmsil olunan şirkət nümayəndələri ilə görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli görüşdə çıxış edib və ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, dəstək mexanizmləri barədə fikirlərini bölüşüb. Bildirib ki, iqtisadiyyatın dayanıqlı inkişafı üçün yerli istehsal və yerli istehsalçıların dəstəklənməsi vacib məsələlərdəndir. Dövlət başçısının ciddi nəzarəti və dəstəyi sayəsində Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə sistemli və ardıcıl addımlar atılır. Özəl sektora göstərilən qayğı ölkədə əldə edilən bütün sosial-iqtisadi uğurlara təsir göstərib.
Məhz yerli istehsal sayəsində dayanıqlı məşğulluğa nail olmaq mümkündür. Agentlik sədri dayanıqlı məşğulluq imkanları nəzərə alınmaqla yerli istehsalın kəmiyyət və keyfiyyət baxımından artması və genişlənməsində maraqlı olduqlarını, bunun üçün müxtəlif dəstəkləyici tədbirlər həyata keçirildiyini bildirib. Əmək haqqının birgə maliyyələşməsi, işəgötürənlərin tələblərinə uyğun peşəkar kadr hazırlığının həyata keçirilməsi, işəgötürənlərin fəaliyyətini də asanlaşdıracaq rəqəmsal layihələrin icrası bu dəstək tədbirlərindən sadəcə bir qismidir. M.Abbasbəyli bildirib ki, yerli istehsalın inkişafı üçün iqtisadiyyatımızda geniş imkanlar mövcuddur. Bu imkanlardan istifadə edilməsi həm də məşğulluğun artırılmasına gətirib çıxaracaq.
Sonra tədbir iştirakçıları “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” ilə tanış olublar.
Dekabrın 9-dək davam edəcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə 100-ə yaxın yerli şirkətin məhsulları və istehsal texnologiyaları nümayiş olunur.