Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduMedia sahəsində işəgötürənlərə dəstək məqsədilə çoxtərəfli əməkdaşlıq memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində keçirilən "Yeni media mühitində təhsil və məşğulluq imkanları" konfransında çıxış edib.
Medianın əhəmiyyətindən danışan M.Abbasbəyli bu sahənin əmək bazarında aktuallığını qoruduğunu, sürətli şəkildə özünü yeniləyən peşələrdən olduğunu bildirib. Agentlik sədri media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan çoxtərəfli əməkdaşlıq memorandumu haqqında fikirlərini bölüşüb. Bildirib ki, media ölkənin inkişafında cəmiyyətin dövlətlə ünsiyyətində çox ciddi alətə çevrilib. Texnologiyanın, sosial medianın inkişafı medianı tamamilə fərqli müstəviyə gətirib çıxarıb.
Memoranduma əsasən tərəflər işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, təcrübi bacarıqların inkişaf etdirilməsi, insan resurslarının inkişafı üçün media sahəsində kadr potensialının artırılması və birgə layihələrinin reallaşdırılması istiqamətində əməkdalıq edəcək.
Yaxın zamanda “Məzunların məşğulluq reytinqi” platformasının istifadəyə verildiyini qeyd edən M.Abbasbəyli sistemin əhəmiyyəti, gələcəyin əmək bazarı iştirakçılarına qazandıracağı üstünlüklər barədə məlumat verib.
Tədbir çərçivəsində Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.