Yeni peşə hazırlığı kurslarına start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi daha 56 işsiz şəxsi peşə hazırlığına cəlb edib. 

 

Agentliyin Dağlıq-Şirvan Regional Məşğulluq filialı ilə Göyçay Peşə Hazırlığı Mərkəzinin birgə təşkil etdiyi kurslar "Aşpaz", "Qeydiyyatçı" və "Ofisiant" peşələri üzrədir.

 

Kurs müddətində müdavimlərə həm nəzəri, həm də praktiki biliklər tədris ediləcək. 

 

Proqramı müvəffəqiyyətlə bitirən şəxslər "İsmayıllı Basqal Resort & Spa" otelində işlə təmin olunacaqlar. 

 

Qeyd edək ki, peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir.