“YAŞAT” Fondu ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovla görüşüb.

 

Görüşdə 44 günlük Vətən müharibəsinin memarları olan şəhid ailəsi üzvləri və qazilərin hər zaman dövlət dəstəyi ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin rifah halının yaxşılaşdırılması üçün ardıcıl işlər görüldüyü qeyd edilib.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə təşkil edilən “Məşğulluq marafonu”nun əhəmiyyəti vurğulanıb. Bildirilib ki, artıq marafona 163 işəgötürən tərəfindən 600-ə yaxın vakansiya təqdim edilib. Paralel olaraq marafon çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin işlə təmin olunması prosesi də aparılır.

 

Həmçinin, Agentlik tərəfindən postmüharibə dövründə qeyd edilən kateqoriyadan olan şəxslərin məşğulluq məsələlərinin həlli ilə bağlı görülən işlər barədə məlumat verilib, “YAŞAT” Fondu ilə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

alt text

 

alt text

 

alt text