Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.
Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Şəmkirdə təşkil olunan yarmarkada 19 müəssisə 122 vakansiya təqdim edib.
Mil-Muğan Regional Məşğulluq filialının Saatlı rayonunda təşkil etdiyi aktiv məşğulluq tədbirində isə 9 işəgötürən tərəfindən 100-dən çox yeni iş yeri vətəndaşlara təqdim olunub.
Yarmarkalarda vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.