Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduYeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Zığ yolu 4 ünvanı üzrə ərazi partiya təşkilatında (ƏPT) hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu barədə geniş nitq söyləyib, qarşıda duran vəzifələrlə bağlı partiya üzvlərinə öz tövsiyələrini verib. Ölkəmizdə həyata keçirilən kompleks islahatlardan bəhs edən Ramil Mirzəyev vurğulayıb ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin nəticəsində ölkədə məşğulluq imkanları, əmək haqları və sosial ödənişlər artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalmışdır.
YAP üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə bildirib ki, ölkədə siyasi stabillik bərqərar olunub, iqtisadi tərəqqi isə güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. Cənab Prezidentin siyasətinin mərkəzində insan faktoru dayandığını vurğulayan R.Quluzadə qeyd edib ki, istər paytaxt Bakıda, istərsə də regionlarda görülən işlərin əsasında insanların rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması dayanır.
ƏPT sədrinin müavini, Dövlət Məşğulluq Agentliyinin departament mudiri Mayis Musayevin hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab olunub.
Sonra təşkilati məsələlərə baxılıb. Ramal Quluzadə YAP Xətai rayon təşkilatının Zığ yolu 4 ünvanı üzrə ƏPT-nin sədri, Mayis Musayev isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev yeni tərkibi təbrik edib və onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz