Yanvar-may aylarında 170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

5 ayın sosial göstəriciləri

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında  170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

 

Onlardan 65 min şəxs münasib işlərlə təmin olunub, 322 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

 

7,3 min  şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 97,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.