Yanvar-fevral aylarında 65 mindən artıq şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında 65 142 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

 
Onlardan 30 115 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. 

 

2 ay ərzində 1 625 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. 

 

Digər bir istiqamət olaraq 33 402  şəxsə peşəyönümü xidmətləri göstərilib.