Yanvar ayında 12 özəl tədris müəssisəsində peşə kurslarına start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin yanvar ayı ərzində 12 özəl tədris müəssisəsində müxtəlif istiqamətlər üzrə peşə kurslarına start verilib.

 

Data analitik, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, backend and frontend developer, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, insan resursları mütəxəssisi, frontend developer, təmirçi-çilingər, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və mühasib peşəsi üzrə təşkil olunan kurslara 125-ə yaxın işsiz şəxs cəlb olunub.

 

Kurslar "HANDEX" MMC, "İşartı" MMC, "Cyber Security Lab" MMC, ALLIANZ CONSULT MMC, "Coders Azerbaijan" MMC, "4MAPS ACADEMY" MMC, "FORTUNE GM" MMC, "Social İnnovation Lab" MMC, "OKUKLU İNŞAAT QİDA TAŞİMACILLK TEKSTİL MADENCİLİK TEMİZLİK ÜRÜNLERİ TURİZM TİCARET LİMİTED ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı filialı, "İNNAB" MMC, Safety və "GMB Klaster Konsulting" MMC-də həyata keçirilir.

 

Qeyd edək ki, kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur, müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğuna dəstək göstərilir.