Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Bakı şəhəri 5 nömrəli xüsusi internat məktəbində peşə hazırlığı və peşəyönümü xidmətləri ilə bağlı məsləhət görüşü keçirilib.
Görüşdə sağlamlıq imkanları məhdud olan 9-12-ci sinif şagirdləri iştirak edib. Onlara Agentliyin peşə hazırlığı kursları, bazar araşdırması, məqsəd və hədəflərin təyini və digər mövzularda təqdimatlar edilib, müasir əmək bazarı, peşə və ixtisaslar barədə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, qarşıdakı dövrdə digər xüsusi internat məktəblərində də mütəmadi olaraq bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.