Xorvatiya ilə məşğulluq sahəsində əməkdaşlıq genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri Eşqin Bayramov Xorvatiya Respublikasının Zaqreb şəhərində rəsmi səfərdə olublar.

 

Səfər çərçivəsində nümayəndələr Xorvatiya Məşğulluq Xidməti və qurumun Zaqreb Regional Filialında olublar, bu strukturların fəaliyyəti, idarəetmə modeli və xidmət mexanizmləri ilə tanışlıq keçirilib. Görüşlər zamanı icra olunan layihələr, peşə hazırlığı və peşəyönümü xidmətləri müzakirə olunub. Eyni zamanda beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Görüşlərin nəticəsi olaraq qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz