Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün bu dəfə Xızı və Qəbələdə əmək yarmarkaları təşkil edib.
Abşeron-Xızı və Şəki-Zaqatala Regional Məşğulluq filialları tərəfindən təşkil edilən tədbirlərdə 28 işəgötürən tərəfindən 211 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri haqqında ətraflı məlumat verilib və işəgötürənlər tərəfindən uyğun namizədlərin məlumatları qeydiyyata alınıb.
Yarmarkalarda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumat təqdim edilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz