Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu dəfə Xızı və Hacıqabulda əmək yarmarkaları təşkil edilib.
Abşeron-Xızı və Şirvan-Salyan Regional Məşğulluq filiallarının keçirdiyi tədbirdə 16 işəgötürən tərəfindən 182 vakansiya təqdim edilib.
Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.