Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.
Xırdalanda təşkil olunan yarmarkada vətəndaşlara 25 işəgötürən tərəfindən 150 vakansiya, Sabirabadda isə 15 işəgötürən tərəfindən 100-dən çox vakansiya təqdim olunub.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri və müraciət proseduru barədə də məlumat əldə ediblər.