Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı və Bakı Regional Məşğulluq filialları tərəfindən Bakı Mühəndislik Universitetində əmək yarmarkası təşkil olunub.
İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə təşkil edilən yarmarkada 44 dövlət müəssisəsi və özəl şirkət tərəfindən ümumilikdə 500-dən artıq vakansiya təqdim edilib. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun müxtəlif sahələri əhatə edib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, vakansiya tələblərinə uyğun namizədlər növbəti mərhələyə dəvət edilib.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən müvafiq layihələrə müraciət etmək istəyən şəxslərin qeydiyyatı aparılıb