Xırdalan və Biləsuvarda keçirilmiş əmək yarmarkalarında 433 vakansiya təqdim edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.


Agentliyin tabeliyində Abşeron-Xızı və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən keçirilən yarmarkalar Biləsuvar rayonunda və Xırdalan şəhərində, Abşeron DOST Mərkəzində baş tutub.

 

Aktiv məşğulluq tədbirlərində 25 işəgötürən tərəfindən, ümumilikdə, 433 vakansiya təqdim olunub. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.   

Xırdalanda keçirilmiş yarmarkada Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə kurslar və müraciət qaydaları barədə məlumat verilib.